Rusiya XİN kimyəvi hücumla bağlı bəyanat yaydı

"BMT İnsan Haqları Şurasının 24-cü sessiyasının gedişində beynəlxalq ekspertlər avqustun 21-də Dəməşq ətrafında kimyəvi hücumun qurbanı olanların foto və videolarının saxtalaşdırıldığını sübuta yetiriblər".

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu bəyanatla Rusiya XİN çıxış edib.

Açıqlamada deyilir ki, avqustun 21-də baş vermiş hadisənin qabaqcadan saxtalaşdırıldığı haqda inandırıcı dəlil-sübutlar mövcuddur: "Çoxsaylı şahidlərin ifadələri nümayiş etdirildi, onların hamısı birmənalı bildirdi ki, kimyəvi silah Şərqi Quta rayonunda silahlı qruplar tərəfindən tətbiq olunub. İnsidentin aktivistlər tərəfindən aparılmış təhqiqatının nəticələri və şahid ifadələri Suriya üzrə müstəqil komissiyaya təqdim olundu".

AzNews.az