Eks- prezident işə avtobusla gedir- Foto

Eks-prezident hazırda köhnə peşəsinə qayıdıb və müəllim kimi fəaliyyət göstərir

İranın keçmiş prezidenti Mahmud Əhmədinejatın sosial şəbəkələrdə paylaşılan fotosu böyük marağa səbəb olub.

"Qafqazinfo" xəbər verir ki, işə ictimai nəqliyyatla gedib-gələn eks prezidentin bu davranışı rəğbətə səbəb olub.

Qeyd edək ki, səkkiz il prezident kürsüsündə əyləşən Əhmədinejat hazırda köhnə peşəsinə qayıdıb və müəllim kimi fəaliyyət göstərir. O, Elm və Texnologiya universitetində inşaat mühəndisliyindən dərs keçir.

AzNews.az