Turqut Özalın qətli ilə bağlı məhkəmə başlayır

Sabah Ankarada Türkiyənin sabiq prezidenti Turqut Özalın zəhərlənməsi barədə iş üzrə məhkəmə prosesinin ilk iclası keçiriləcək.


Müttəhimlər kürsüsündə ifşa olunmuş "Ergenekon" planı çərçivəsində hərbi çevrilişə cəhddə iştiraka görə 22 il 6 ay müddətinə həbs edilən general Levent Ersöz oturacaq.

İttiham edən tərəf qismində Türkiyənin 8-ci prezidentinin həyat yoldaşı Semra Özal və keçmiş dövlət başçısının oğlu Əhməd Özal çıxış edir.

General Levent Ersöz Türkiyə Cinayət Məcəlləsinin 156-cı maddəsi üzrə ittiham olunur. Bu maddə dövlət başçısının fiziki olaraq aradan qaldırılması cəhdinə görə ömürlük həbs cəzası nəzərdə tutur.

İstintaqın materiallarına əsasən, məhz general Ersözün göstərişi ilə prezidentin zəhərlənməsi təşkil olunub.

Turqut Özal beş türkdilli ölkəyə 12 günlük səfərdən sonra 17 aprel 1993-cü ildə qəflətən vəfat edib.(gun.az)

AzNews.az