Türkiyədə zəlzələ qeydə alındı

Türkiyənin Van vilayətində zəlzələ baş verib.

Trend "Anadolu" agentliyinə istinadən məlumat verir ki, 3,8 bal gücündə zəlzələ yerli vaxtla saat 22:29-da qeydə alınıb.

Yerin 5 kilometr dərinliyində meydana gələn təkanlar vilayətin bir sıra rayon və kəndlərində hiss edilib.

İnsan tələfatı və dağıntıların olmadığı bildirilir.

AzNews.az