- Köhnə - Region
- 14 Sentyabr 2013 12:01
- 1 524
Polis metrolarda geniş miqyaslı əməliyyata başladı
APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Moskva polisindən bildirilib ki, hüquq-mühafizə orqanları bütün metro stansiyaları və onlara bitişik ərazilərdə cinayətkarlıq və qanunsuz hallarla mübarizə məqsədilə profilaktik tədbirlər həyata keçirəcək. Etnik cinayətkarlıq, qeyri-leqal miqrasiya, saxta sənədlərlə ticarət, eləcə də silah və narkotiklərıin qanunsuz dövriyyəsi məsələlərinə xüsusi diqqət yetiriləcək.
Əməliyyatın digər detalları və müddəti haqda açıqlama verilməyib.
Xatırladaq ki, 2013-cü ilin əvvəllərində Moskva bazarlarında da bu cür əməliyyat keçirilib.
AzNews.az