- Köhnə - Region
- 17 Sentyabr 2013 12:57
- 1 536
İranda ağır yol-nəqliyyat hadisəsi - FOTO
APA-nın "Fars" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Ərak-Burucerd magistralının 6 kilometrliyində olub.
İranın Qum şəhərindəki müqəddəs yerləri ziyarət etdikdən sonra Abadan şəhərinə doğru hərəkət edən iraqlı zəvvarları daşıyan avtobus idarəetməni itirərək qəzaya uğrayıb.
Nəticədə 15 nəfər hadisə yerindəcə keçinib, 1 nəfər isə Burucerd şəhərinin Şəhid Çəmran xəstəxanasında ölüb.
Daha 20 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hazırda hadisə nəticəsində ağır yaralanmış bəzi zəvvarlar Şəhid Çəmran xəstəxanasının reanimasiya şöbəsindədir.
AzNews.az