Təzə bəyi balta ilə təraş etdilər– Foto – Video

Ərzincanda bir kənddə keçirilən toyda bəyin və dostlarının başına gəlməyən oyun qalmayıb.

Toydan bir gün əvvəl keçirilən məclisdə toy sahibləri xüsusi əyləncə təşkil ediblər.

Əvvəlcə onları stulda cərgə ilə əyləşdirib üzlərini balta ilə qırxıblar. Sonra onları paltarlarını çıxarana qədər döyüblər.

Üzlərinə boya yaxıb ağızlarına un doldurublar. Ətrafda bu maraqlı görüntüləri izləyənlərdən də bəzən hansısa hərəkəti etmələri tələb olunub. Tələbi yerinə yetirməyəni isə döyüblər.

Xüsusi əyləncəni öz kiçik komandası ilə təşkil edən Abdullah Qaraqaş əyləncə vaxtı heç kimin edilən hərəkətlərdən incimədiyini, əksinə çox əyləndiklərini bildirib.

Bu tipli əyləncələr ənənə halını aldığı üçün digər kəndlərdən də gəlib izləyənlər olur.(gun.az)




AzNews.az