Xankəndi aeroportunda təlimlər başladı


İşğal olunmuş Azərbaycan torpaqlarında fəaliyyət göstərən "Air Qarabağ" şirkətinə məxsus təyyarələrdən birinin ekipajı Xankəndi aeroportundakı mülki təyyarələrdə uçuşları həyata keçirmək üçün təlimlər keçir.
Bu barədə Rusiya mətbuatı İrəvanın "Zvertnoç" aeroportundakı mənbəyə istinadən xəbər yayıb.

Xankəndidəki təlimlər çətin dağlıq şəraitdə uçuşa hazır olmaq məqsədi daşıyır. Xatırladaq ki, bir neç gün əvvəl qondarma DQR-in mülki aviasiya baş idarəsinin rəhbəri Dmitri Atbaşyan təyyarələrin 15 gün ərzində uçuşa hazır olacağını bildirmişdi.

Bununla belə o, Xankəndi aeroportundan ilk uçuşun 2 həftə sonra həyata keçiriləcəyi barədə sualı cavablandırmaqdan imtina etmişdi.

Elnur
AzNews.az