- Köhnə - Region
- 30 Sentyabr 2013 07:36
- 2 468
İraqda növbəti terror aktı: 46 ölü, 50 yaralı
Sentyabrın 29-da İraqda törədilən terror aktı nəticəsində 46 nəfər həlak olub, 50 nəfər yaralanıb. Hadisə Bağdadın 60 km-də, Əl-Müseyb şəhərində baş verib. İbadət zamanı ala daxil olan terrroçunun törətdiyi partlayışın məsuliyyətini hələlik heç bir təşkilat üzərinə götürməyib. Qeyd edək ki, bundan əvvəl İrbil şəhərində silsilə terror aktları nəticəsində 6 nəfər ölüb, 30 nəfər yaralanıb.
Elnur
AzNews.az