20 avtomobil partladıldı; 51 ölü, 150 yaralı

Bu gün İraqın paytaxtı Bağdadda bir neçə avtomobilin partladılması nəticəsində ən azı 51 nəfər həlak olub, 150 nəfər yaralanıb.

APA-nın "Associated Press"ə istinadən xəbərinə görə, Bağdadın şiələr yaşayan məhəllələrindəki dayanacaqlarda təxminən eyni vaxtda 20-dək avtomobil partladılıb.

Terror aktlarına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Qeyd edək ki, sentyabrın 29-da şiə məscidinin partladılması nəticəsində də 40 nəfər həlak olub.

AzNews.az