Dağıstanda silahlılarla atışma: 3 ölü, 3 yaralı

Dağıstanın Levaşinski rayonunda baş vermiş atışmada 3 nəfər ölüb. APA-nın verdiyi xəbərə görə, bu barədə "İTAR-TASS"a Rusiya İstintaq Komitəsinin Dağıstan üzrə İdarəsindən məlumat verilib.

"İki polis əməkdaşı və bir mülki şəxs yaralanıb, daha üç polisi isə yaralanıb. Məlumat hələ dəqiqləşdirilir", deyə mənbə bildirib.

Qeyd edək ki, atışma bu gün 12.45-də Yuxarı və Aşağı Ubeki kəndlərinin sərhədindəki meşə zolağında baş verib. Ərazidə əməliyyat rejimi davam edir.(APA)