Hökumət gecə əyləncəsi üçün vergi alacaq

Türkiyədə bar, kazino, gecə klubu, diskoteka kimi əyləncə məkanları üçün yeni vergi qaydaları tətbiq ediləcək. AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əyləncə vergisini bundan sonra Nazirlər Kabineti müəyyən edəcək.

Maliyyə naziri Mehmet Şimşək bələdiyyə başqanları ilə birlikdə bu verginin miqdarını müəyyənləşdirəcək.

Hazirda Nazirlər Kabineti tərəfindən veriləcək qərarla bağlı son tamamlama işləri aparılır.

İndiyə qədər bələdiyyələr tərəfindən tətbiq edilən vergilərin bundan sonra Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilməsi vergilərin miqdarında da bəzi dəyişikliklərə yol açacaq.

Bundan əvvəl əyləncə vergisi gündə 100 lirə (təqribən 60 manat) ola bilərdi. Hər bir bələdiyyə vergi toplanışını necə həyata keçirəcəyini açıqlayırdı. Məsələn, turizm bölgəsi olan Antalyada canli musiqi olan məkanlardan gündə 35 lirə vergi alınırdı. İndi isə hər bir kateqoriya üzrə vergilərin məbləği də dəyişəcək.

Elnur
AzNews.az