Türk hakerlərdən İsrailə azan mesajı


AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün səhər saatlarında türk hakerləri tərəfindən İsrailin bir neçə rəsmi saytına hücum edilib. Buna səbəb İsrailin "Likud" Partiyasının sədri, baş nazir Benjamin Nethanyunun seçkiöncəsi çıxışı olub.

O bildirib ki, seçkilərdən sonra İsraildə azan oxunmasına qadağa qoyulacaq. Türkiyənin "Ayyıldız Tim" hakerləri baş nazirin çıxışına etiraz olaraq İsrailin rəsmi saytlarına hücum edib, azan yerləşdiriblər.

Hakerlər özlərinin istifadə etdikləri sosial şəbəkələrdə bu barədə belə yazıblar: "İsrail, sən kim, azan səsini susdurmaq kim? Dünyada azan səsi heç vaxt qadağan edilməyib, qadağan etməyə də heç kimin gücü çatmaz. Biz İsrailə hər gün azan səsini dinlətməyə davam edəcəyik".

Azan yerləşdirilən İsrail saytlar bunlardır:

www.mamycard.co.il
http://מתנאל.co.il
www.remote-bf.com
http://itamars.co.il
http://simchatolam.com
www.trade4me.2serv.org
www.villa.2serv.org
www.artcover.2serv.org

Elcan Məmmədov
AzNews.az