Prezident iqamətgahı qarşısında aksiya



Atəşkəs dövründə Ermənistan Ordusunda həlak olmuş erməni əsgərlərinin anaları bu gün İrəvanda prezident iqamətgahı qarşısında etiraz aksiyası keçiriblər. Oturaq aksiyaya başlayan iştirakçılar polisin güc tətbiqi ilə ərazidən uzaqlaşdırılıblar.

2007-ci ildə orduda həlak olmuş Tiqran Ohacanyanın anası jurnalistlərə bildirib ki, iki il əvvəl prezident Serj Sərkisyan onlarla öz iqamətgahının qapıları önündə görüşüb. O, əsgər valideynlərinə indiki baş prokuror Gevorq Kostanyanın rəhbərliyi altında istintaq aparıldığını və faktların üstünün açılacağına söz verib: "Gevorq Kostanyan heç nə etmədi, heç bir iş açılmadı. İndi o baş prokuror kreslosunu tutur. İndi Kostanyan bildirir ki, Müdafiə Nazirliyinə istintaq xidməti lazım deyil. Bəli, biz razıyıq. Sifarişlə işləyən istintaq xidməti lazım deyil".(apa)

AzNews.az