Rusiya politoloqları mətbuat konfransı keçirdi - Video

Azərbaycanda keçirilən prezident seçkisi və seçkinin nəticəsi olaraq İlham Əliyevin qələbəsi iki gündür ki, dünya mətbuatının baş xəbərlərindəndir. Rusiyalı politoloqlar İlham Əliyevin yenidən prezident seçilməsi ilə bağlı fikirlərini bölüşüblər. Rus politoloqların qənaətinə görə, bu seçimin ikitərəfli münasibətlərə təsiri olacaq.

Azərbaycanda keçirilən prezident seçkilərinin şəffaflığı Rusiyada şübhə doğurmur. Rusiyanın tanınmış politoloqları Azərbaycanda prezident seçkilərinin nəticələriylə bağlı keçirdikləri mətbuat konfransında bu fikri səsləndirdilər.

Mətbuat konfransına Bakıdan canlı olaraq bağlanan rusiyalı müşahidəçi, politoloq Sergey Markov Azərbaycanın iqtisadi inkişaf tempinə diqqət çəkib və seçicilərin də bu nailiyyətə görə İlham Əliyevi dəstəklədiyini bildirib. Rusiyalı müşahidəçi ilə yanaşı, Şimal-Cənub" Siyası Mərkəzinin direktoru Aleksey Vlasov da bu mövqedədir: "Xalq ona sosial haqlar, MDB ölkələri içində ən yüksək maaş və pensiya verən nümayəndəyə səs verdi. İlham Əliyevin qalibiyyətində başlıca rol oyanayan ikinci amil isə ölkədəki stabillikdir. Bunu hər kəs görür ki, Azərbaycan stabil şəkildə inkişaf edir və bu ölkədə qarışıqlığın baş verməsi üçün heç bir səbəb yoxdur. Bu isə indiki vaxtda çox qiymətlidir".

Politoloqlar hesab edir ki, rəsmi Moskva cənub qonşusu olan Azərbaycanda stabilliyin qorunmasının Rusiyanın da mənafeyinə uyğundur. Bu səbəbdən də İlham Əliyevin yenidən prezident seçilməsi iki ölkə arasındakı münasibətlərə ancaq müsbət şəkildə təsir edəcək.

Xəzər Əməkdaşlıq İnstitutunun direktoru Sergey Mixeyev: "Putinin Bakı səfərinin tarixi təsadüfi deyildi. Seçkilər öncəsi gərçəkləşdirilən bu səfərdə Putin İlham Əliyevə verdiyi dəstəyi nümayiş etdirdi. Rusiya açıq bir şəkildə göstərdi ki, Azərbaycanla ancaq yaxşı və dost münasibətlər istəyir. Çünki Azərbaycan bizim cənub qonşumuzdur. Rusiya ilə yaxşı münasibətlər Azərbaycanın da xeyrinədir".

"İzvestiya" qəzetinin prezidenti Vladimir Mamontov: "İlham Əliyevin xarici siyasətdəki düzgün və stabil mövqeyi həqiqətən təqdirə layiqdir. Onun bu tutarlı siyasəti qərb ölkələrinin Azərbaycanın daxili işlərinə qarışmasının qarşısını alır və ən azından onların Azərbaycana qarşı tərəfsiz mövqedə qalmasına kömək edir. Eləcə də İlham Əliyevin Rusiya və MDB ölkələriylə qurduğu doğru münasibət onun mövqeyini daha da gücləndirir. Bunları əldə etmək üçün çox çalışmaq lazımdır. İlham Əliyev isə bunun öhdəsindən gəlməyi bacardı".

Toplantı iştirakçıları İlham ƏLiyevin yenidən prezident seçilməsinin Qarabağ probleminin həlli prosesinə də müsbət təsir edəcəyini dedilər.






AzNews.az