Kafeyə silahlı basqın: azərbaycanlı başından yaralandı

Oktyabrın 12-də naməlum şəxslər Moskvanın cənub-şərqində yerləşən "Körpü" kafesinə silahlı basqın ediblər.

20 nəfər maskalı şəxs şəhərin "Borisovo" metrosu yaxınlığında yerləşən kafeyə girərək, avtomat silahlardan atəş açmağa başlayıblar.

Polisə ifadə verən şahidlər, basqın edənlərin xarici görünüşlərindən Qafqaz xalqlarına oxşadığını bildiriblər.

Onların dediyinə görə, maskalılar əvvəlcə kafedə yeyib-içən şəxslərə hücum edərək, onları vurmağa, stollatın üstündə olan qab-qacağı dağıtmağa başlayıblar. Sonra isə avtomat və tapançalardan ətrafa atəş açmağa başlayıblar. Açılan atəş nəticəsində milliyyətcə azərbaycanlı olan kafenin meneceri başından yaralanıb.

Ancaq onlar kafedə səs-küyün qalxdığını görən silahlılar aradan çıxıblar. Hadisə ilə bağlı Moskva polisi cinayət işi açıb və hücum edən şəxslərin həbs olunması üçün axtarış əməliyyatlarına başlayıb.(anspress)

AzNews.az