Moskvada bayramı qeyd edən müsəlmanlara polis nəzarəti

Bu gün səhər saatlarından etibarən Rusiyada yaşayn müsəlmanlar Qurban bayramı münasibətilə təntənəli mərasim keçirib. AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskva məscidində bayram namazı qılınıb. Mərsim səhər saat 9-dan başlayıb.

Müsəlmanlar bayram namazına gələrkən onların təhlükəsizliyi polis tərəfindən qorunub.

Ərazidə vəziyyətin sabit olduğu, hansısa narahatlıq yaradacaq məqamın qeydə alınmadığı bildirilir. Bayram namazı ilə əlaqədər bəzi küçələr bağlanıb, hərəkət məhdudlaşdırılıb.

Qurban bayramı Moskvada 3 yerdə- şəhərin cənubunda, cənub-qərbində və şərqində keçirilir. Durov, Gilyrovski, Meeçinskya, Şepkin, Böyük və Kiçik tatar, Köhnə Tolmaşevski küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Rusiya müftisi bayramla əlaqədar Moskava ərazisində qurban kəsməyə icazə verilməyəcəyini və bu məqsədlə xüsusi yerlər ayrılacağını bildirib.

Elnur
AzNews.az