“Moskvaya miqrant lazım deyil”- Bəyanat

Moskva meri Sergey Sobyanin təhlükəli bəyanat verib.

Lent.az-ın verdiyi məlumata görə, Sergey Sobyanin "Kommersant-Vlast" qəzetinə müsahibəsində deyib ki, Moskvaya miqrantların cəlb edilməsi siyasətini həyata keçirmirlər.

Sergey Sobyaninin sözlərinə görə, Moskvaya miqrantların ailələri dəvət edilmir, onlara yer ayrılmır, işlə təmin edilmələrinə cəhd göstərilmir: "Mən hesab edirəm ki, Moskvaya miqrant lazım deyil. Moskvaya miqrant dəvət etmək təhlükəli tendensiya olar. Hər il şəhər əhalisi 60-70 min nəfər artır. Əgər kimlərisə inteqrasiya etmək lazımdırsa, bu halda daha yaxın mədəni areal əsas götürülməlidir. Məsələn, Ukrayna, Belorusdan olan insanlara üstünlük verilə bilər. Mərkəzi Asiyadan gələn insanları isə adaptasiya etmək mürəkkəbdir, onların çoxu hələ də rus dilində danışmır. Mən bu miqrantların Moskvada yerləşdirilməsinə heç cür lüzum görmürəm".

Sergey Sobyanin Moskvada miqrantlar üçün xüsusi rejim tətbiq edilməsini də mümkün sayıb.

AzNews.az