Orxan Zeynalovun işindən apellyasiya şikayəti verildi


Rusiya paytaxtında 25 yaşlı Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinən Orxan Zeynalovun həbsi ilə bağlı apellyasiya şikayəti verilib.

AzNews.az bildirir ki, bu barədə məlumatı "İTAR-TASS" agentliyi yayıb. Moskvanın Prenensk Məhkəməsinin mətbuat xidmətinin məlumatına görə, hələlik şikayətə baxılacağı zaman bəlli deyil.

Elnur
AzNews.az