Gürcüstanın prezidenti seçildi- Yenilənib

Gürcüstanda dünən keçirilən prezident seçkilərində hakimiyyətdəki "Gürcü arzusu" koalisiyasının namizədi Georgi Marqvelaşvilinin qalib gəlməsi barədə ilkin nəticələr təsdiqlənib.

Gürcüstan mətbuatının məlumatına görə, seçki məntəqələrinin 80 faizindən çoxunda protokollar hesablanıb. Georgi Marqvelaşvili 62 faizdən çox səs toplayaraq rəqiblərini geridə qoyub. Digər namizədlər - David Bakradze 21, Nino Burcanadze 10 faiz səs toplayıb.

***
27.10.2013
20:56
Bu gün Gürcüstanda keçirilən prezident seçkilərində "Gürcü arzusu"nun namizədi Georgi Marqvelaçvili ilk turda qalib gəlib. O, səslərin 66,7 faizinin toplayıb. AzNews.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu nəticələr rəsmi rəqəmlər deyil, sadəcə exit-polun sonucudur.
İkinci yerdə 20,2 faiz səslə "Vahid Milli Hərəkatın" namizədi Daviud Bakradze dayanır. Eks-spiker Nino Burcenadze 7,5 faiz səslə üçüncü yerdədir.

Elnur
AzNews.az