- Köhnə - Region
- 30 Oktyabr 2013 10:47
- 2 863
Azərbaycanlı iş adamını oğurlayan soydaşlarımız həbs edildi
Rusiya polisi adam oğurluğunda şübhəli bilinən 3 azərbaycanlını saxlayıb.
AzNews.az Rusiya DIN-ə istinadən xəbər verir ki, onlar oktyabrın 21-də Azərbaycan vətəndaşı olan iş adamına hücum ediblər. Onun səhhəttinə ziyan vuran şəxslər iş adamını silahla hədələyərək onu meşə parkına aparıblar.
Meşə parkında həmin şəxslər iş adamını öldürmək tapşırığı aldıqlarını, ancaq bunu etməyərək 3 milyon rubl müqabilində sağ buraxacaqlarını bildiriblər. İş adamı pulu toplamaq üçün onlardan vaxt alıb və bundan sonra sərbəst buraxılıb.
İş adamının polisə müraciəti əsasında Rusiya paytaxtında qanunsuz yaşayan 3 azərbaycanlı saxlanılıb.
Hər 3 şəxs haqında həbs qətiimkan tədbiri seçilib.
Elnur
AzNews.az