Hicab uşaqlara təcavüzü artırır- İDDİA

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasından olan 3 millət vəkilinin parlamentə hicabla gedəcəyini açıqlaması müxalifətin etirazı ilə qarşılanıb.


AzNews.az "Habertürk"ə istinadən xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasından olan keçmiş millət vəkili Canan Arıtman uşaqların hicablanmasının təcavüzləri artırdığını bildirib. Onun sözlərinə görə, hicab bağlanan uşaqlar hətta reklama çəkilir:

"Başı hicablı uşaq. Bundan sonra biz bu ölkədə uşaqlara qarşı təcavüzün niyə artdığından danışırıq. Bir qız uşağının başına hicab bağlasanız, ona qadın kimliyi vermiş olursuz. Onu uşaq kimi görmədiyinizi göstərirsiz. Mən elm adamıyam. Bilirəm ki, bir uşağın başına hicab bağlamaq onu artıq uşaq olaraq görməməkdir. Onu qadın olaraq görməkdir. Bu səbəbdən də bu ölkədə uşaq təcavüzləri artır".

Elnur
AzNews.az