İranla Türkiyə arasında casus qalmaqalı


İranla Türkiyə arasında casus qalmaqalı yaranıb. Türkiyənin Milli Təhlükəsizlik qurumunun rəhbəri Hakan Fidanın İsrailə işləyən iranlı casusları Tehrana təhvil verdiklərini bildirməsi qarşı tərəfdən kəskin etirazla qarşılanıb. İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif bu iddiaların həqiqətə uyğun olmadığını bildirib.

AzNews.az "Cihan" xəbər agentliyinə istinadən xəbər verir ki, iranlı nazir Türkiyə rəsmisinin sözlərini həqiqətə uyğun olmayan iddia adlandırıb: "İnsanlar yalan uydurur, və bu yalanlara cavab vermək çox çətin olur".
İranlı nazir Türkiyəyə səfəri zamanı mövzunu prezident, baş nazir və xarici işlər naziri ilə müzakirə edəcəyini bildirib.

Elnarə
AzNews.az