Parlament seçkisinin vaxtı açıqlandı

İraq hökuməti ölkədə keçiriləcək parlement seçkilərinin vaxtını açıqlayıb.

AzNews.az-ın yerli mətbuata istinadən verdiyi xəbərə görə, qərar xaricdə müalicədə olan prezident Cəlal Təlabaninin müavini Hudayr əl-Huzayinin ofisi tərəfindən açıqlanıb.

Huzayinin ofisindən verilən yazılı şərhdə "Ümumi seçkilərin 30 aprel 2014-cü ildə keçirilməsini nəzərdə tutan fərman prezidentin müavini Hudayr əl-Huzayi tərəfindən təsdiq edilib" deyə yazılıb.

Həmçinin siyasi qruplar arasında meydana gələn ixtilaflar səbəbiylə yeni seçki qanununun hazırlanamadığı bildirilib.

Rəhim Qədirov
AzNews.az