Erməni oliqarxları Şuşada villalar tikirlər - Foto

Ermənistan parlamentinin keçmiş deputatı , Futbol Federasiyasının rəhəbəri Ruben Ayrapetyan Azərbaycanın işğal olunmuş Şuşa şəhərində lüks villa tikir. Bu barədə Ermənistanın "Jamanak" qəzeti yazır.

Qəzet yazır ki, "oliqarxlar Şuşada bahalı villalar tikməklə Qarabağa bağlılıqlarını göstərirlər, yəni onlar Şuşanın nə vaxtsa azərbaycanlılara geri qayıtmacağından əmin olaraq buraya küllü miqdarda vəsait sərf edirlər.

Separatçı rejimin baş nazirini müavini Artur Ağabekyan da Şuşada yeni tikililər barədə xəbəri təsdiqləyib. O bildirib ki, digər iş adamları da Ruben Ayrapetyan kimi Şuşada villalar və ya biznes müəssisələri tikdirmək istəsələr buna icazə veriləcək.

Ağabekyanın sözlərinə görə, Dağlıq Qarabağda bu kimi binaların tikilməsi Qondarma Respublikanın xeyrinədir. Belə ki, istənilən halda bu kimi tikililər "qarabağlılar" üçün yeni iş yerləri deməkdir. Bununla yanaşı, bina və ya villa sahibləri əmlak vergisi, də ödəyəcəklər. Ev sahibi dincəlməyə gələndə işıqpulu ,qazpulu ödəyəcək ki, bu da "Qarabağın" xeyrinədir".(Musavat.com)

AzNews.az
image description image description