Ərdoğan məhkəməyə verildi


Türkiyədə oğlan və qız tələbələr üçün yataqxanaların ayrılması təklifini irəli sürən baş nazir Rəcəb Tayyib Ərdoğan məhkəməyə verilib.

AzNews.az Türkiyə mətbuatına istinadən bildirir ki, baş nazirin sözləri hüquq müdafiə təşkilatlarının kəskin etirazları ilə qarşılanıb.

Bir qrup hüquq müdafiəçisi və Anadolu Qadın Hərəkatı baş nazirin bu təklifini insan azadlıqlarına və şəxsi həyata müdaxilə cəhdi kimi qiymətləndirərək məhkəməyə müraciət ediblər.

Elnur
AzNews.az