Rus vəhabidən ölümqabağı son etiraf


Volqoqradda 7 nəfərin ölümü ilə nəticələnən terror hadisəsini törədən Asiyalova adlı qadının əri, vəhabi olduğu bildirilən Dmitri Sokolovla bağlı maraqlı məlumatlar yayılıb. Mahaçqala yaxınlığında ölü ələ keçirilən D.Sokolov xüsusi təyinatlılarla danışıqlar zamanı bəzi etiraflar edib. O bildirib ki, Volqoqradda avtobusun partladılmasında istifadə edilən partlayıcı maddəni özü şəxsən hazırlayıb.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, uzun müddətdir ki, axtarışda olan Sokolovun ələ keçirilməsi üçün aparılan əməliyyatda 5 silahlı öldürülüb. Onlardan vəhabi olduğu bildirilən Sokolov da daxil olmaqla 3 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.
Polisin məlumatına görə, Sokolovla danışıqlara hətta anası da cəlb edilib. Anası telefonla oğlundan təslim olmağı xahiş edib. Ancaq silahlılar bundan imtina ediblər. Daha sonra atışma başlayıb və 5 silahlı öldürülüb.
Elnarə
AzNews.az
image description image description image description