Onlar daha çox şəhərin mərkəzində toplanıb Onlar daha çox şəhərin mərkəzində toplanıb

Moskvada miqrant və cinayətlərin ən çox olduğu rayonlar - STATİSTİKA

Onlar daha çox şəhərin mərkəzində toplanıb




Rusiya paytaxtında miqrantlar əsasən şəhərin kənarlarında yox, mərkəzində yaşayırlar.

"Kommersant"ın Federal Miqrasiya Xidmətinə istinadən yazdığına görə, Tver rayonunda miqrantlar Cənubi Biryulovadan dəfələrlə artıqdır.

Statistika göstərir ki, Cənubi Biryulovada 11 186 miqrant qeydiyyatdadır. Hər il "Rus marşı"nın keçirildiyi Lyublinoda 23 209 miqrant qeydiyyata alınıb.

Marinoda 2442, yerlilər və gəlmələr arasında kütləvi davaları ilə məşhur olan Matveevskidə 4 411 miqrant qeydiyyatdadır.

Gəlmələrin sayına görə liderliyi Tver rayonu qoruyub saxlayır - 191 398 miqrant. Bu isə həmin rayonda iş fəaliyyətinin daha yüksək olması ilə əlaqələndirilir.

Miqrant sayı ilə yanaşı, həmin ərazilərdə cinayət sayı ilə bağlı da rəqəmlər yayılıb. Cənubi Biryulovada ötən il hər 10 min nəfərə 119 cinayət faktı qeydə alınıb. Onlardan 42-i xüsusilə ağır cinayətlər olub.

Tver rayonu da cinayətlərin sayına görə liderliyini saxlayır. Burada hər 10 min nəfərə 229 cinayət düşür ki, onlardan da 86-ı ağır və ya xüsusilə ağırdır.

Elnarə
AzNews.az