- Köhnə - Region
- 19 Noyabr 2013 16:41
- 3 647
Rusiya və Ermənistan vahid hava hücumundan müdafiə sistemi yaradacaq
APA-nın verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin deyib. V. Putin bildirib ki, bu cür əməkdaşlıq Rusiyanın və onun tərəfdaşlarının müdafiə potensialını ciddi dərəcədə yüksəldəcək və Avrasiya məkanında sülhə, təhlükəsizliyə xidmət edəcək.
Rusiya prezidenti cari ildə "Qərb-2013" Rusiya-Belarus strateji təlimlərinin uğurla keçirildiyini qeyd edərək, növbədə Belarus, Ermənistan, Qazaxıstan və Tacikistanın iştirakı ilə regional qoşun qruplaşmaları yaradılması məsələsinin olduğunu vurğulayıb: "Ənənəvi tərəfdaşlarımız və müttəfiqlərimizlə - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı və MDB ölkələri ilə qarşılıqlı fəaliyyəti genişləndirəcəyik".
AzNews.az