Moskvada AST Telmana daha bir zərbə- axtarış

Rusiya paytaxtındakı "Moskva" ticarət mərkəzində axtarış aparılır. Bu barədə məlumatı Rusiya mətbuatı yayıb. AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ticarət mərkəzindən başqa bir neçə bank və ofislərdə də axtarış tədbirləri həyata keçirilir. Axtarışın qanunsuz bank əməliyyatları ilə bağlı olduğu deyilir.

Axtarışı paytaxt polisinin iqtisadı təhlükəsizlik və antikorrupsiya şöbələri birgə aparır.

Moskva ticarət mərkəzində yerləşən bəzi hüquqi şəxslərin ofislərində aparılan axtarış "Qanunsuz bank fəaliyyəti" maddəsi ilə açılan cinayət işi ilə əlaqədardır.

Qeyd edək ki, "Moskva" ticarət mərkəzi Moskvanın ən iri ticarət mərkəzlərindən biridir. Vaxtilə T.İsmayılova məxsus "Çerkizovsk" bazarı bağlananda orada işləyənlərin əksəriyyəti, o cümlədən azərbaycanlılar bu ticarət mərkəzinə köçüb. Ticarət mərkəzinin sahiblərindən biri T.İsmayılova məxsus "AST" şirkətlər qrupudur.

Elnur
AzNews.az