Baş nazirin xanımı millət vəkilindən şikayətçi oldu


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan CHP-nin Tuncelidən olan millət vəkili Kamer Gençi ilə bağlı prokurorluğa müraciət edib.

Buna səbəb millət vəkilinin Japonya Milli Günündə söylədiyi ifadələr olub.

Əminə Ərdoğanın vəkilləri Ali Özkaya, Muammer Cemaloğlu və Burhanettin Sevencanın prokurorluğa göndərdiyi iddia ərizəsində millət vəkilinin söylədiyi sözlərin narahatlıq yaratdığı vurğulanır.

Xatırladaq ki, həmin tədbirdə baş nazirin xanımının çıxış etməsinə etiraz edən millət vəkili "Əminə xanım, sən burda hansı sifətlə danışırsan" deyib. Bu isə ərtafdakı insanların diqqətini cəlb etməklə yanaşı, bir anlıq qarışıqlığa səbəb olub.

Elnur
AzNews.az