Azərbaycanlı iş adamının Ebru Gündəşə 500 minlik son hədiyyəsi



Bu gün səhər saatlarında İstanbuldakı villasında polis tərəfindən saxlanılan azərbaycanlı iş adamı Rza Zərrab həbsindən əvvəl həyat yoldaşına aldığı hədiyyə ilə gündəmə gəlib.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, R.Zərrab sənət əsərlərinə böyük maraq götərir. O, 500-ə yaxın kolleksiyaçının iştirak etdiyi hərracda xanımı Ebru Gündəş üçün ən dəyərli sənət əsərlərindən birini alıb.

Azərbaycanlı iş adamı Nazmi Ziyanın "Sənətkarın evi" tablosuna 1 milyon 50 min türk lirəsi (təqribən 500 min manat) verib. Tablonu xanımına yeni il hədiyyəsi olaraq təqdim edən R.Zərrab bundan əvvəl də aldığı qiymətli hədiyyələrlə gündəmə gəlmişdi.

Onun E.Gündəşə verdiyi hədiyyələr arasında 40 milyon lirəlik ev, 3 milyon 750 min lirəlik ofis, 1 milyon avroluq bağ evi, 960 min avroluq "Rolls-Royce" avtomobili var.

Elnarə
AzNews.az