Azərbaycanlı iş adamının atı müsadirə edildi


Türkiyədə rüşvət əməliyyatı ilə saxlanılan azərbaycanlı iş adamı Rza Zərrabın bütün əmlakı müsadirə edilməklə yanaşı, xanımı Əbru Gündəşə həddiyələri də müsadirə olunub.

R.Zərrabın müsadirə edilən əmlakı arasında "Challenger 300" tipli özel jet, "El Ganador" adlı ingilis atı və hətta saxlanmazdan 2 gün əvvəl Ə.Gündəşə aldığı Nazmi Ziyanın tablosu da var. Hərracdan 1,5 milyon lirəyə aldığı tablo ilə yanaşı, R.Zərrab ingilis yarış atının da aqibəti maraq doğurur. Türkiyə Jokey Klubunun məlumatına görə, at hər il 182 min lirə qazanc gətirir.

R.Zərrabın başqa bir atı- "Dutty Free" isə müsadirə edilməyib. Buna səbəb atın Ebru Gündeş Sarraf adına qeydiyyatda olmasıdır.
Qeyd edək ki, bundan əvvəl R.Zərrabın "Royal Holdinq" şirkəti və "Are" Havacılıq Şirkəti də müsadirə edilib.

Elnarə
AzNews.az