İranda daha 6 nəfər edam edildi

İranın Gilan vilayətində 4 nəfər edam edilib.

APA-nın məlumatına görə, məhbuslardan ikisi qətldə, ikisi isə təcavüzdə günahlandırıb. Onların yalnız birinin ad və soyadı açıqlanıb. Bu, qətl ittihamı ilə edam edilən 27 yaşlı Arəş Şadkamdır. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra dekabrın 16-da və 18-də səhər saatlarında Rəşt şəhərinin Lakan həbsxanasında icra edilib.

Bundan əlavə, İranın Simnan vilayətində 2 nəfər edam edilib. Məhbuslar narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq dara çəkilib. Onların ad və soyadları açıqlanmayıb. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra dekabrın 18-də səhər saatlarında Simnan şəhərinin mərkəzi həbsxanasında icra edilib.


AzNews.az