- Köhnə - Region
- 21 Dekabr 2013 07:37
- 3 299
Azərbaycanlı iş adamının çirkli pulları yumaq SXEMİ

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "çirkli pulların yuyulmasına" dair sxemlər hazırlanıb.
Sənədlərə əsasən R.Zərrab bu məsələdə "Halkbank"dan istifadə edə bilmək üçün bankın müdiri Süleyman Aslanla yaxın münasibətlər yaradıb. Əvvəlcə Çində şirkət yaradılıb, bu şirkət adına açılan bank hesablarına İrandakı banklardan ixracat ödənişi aparılıb.
Bu zaman saxta sənədlərdən istifadə edilib. Çinə göndərilən pullar daha sonra Türkiyədəki saxta yaxud həqiqi şirkətlərin bank hesabına köçürülüb.
İrana göndərilmək üçün qızıla çevrilən pullar üçün "Halkbank"ın hesablarından istifadə edilib. Bununla yanaşı valyuta kimi İrana göndəriləcək pullar üçün digər banklardan da istifadə olunub.
Pulların və qızıllların göndərilməsi üçün Dubay-İran-Türkiyə maşrutu seçilib. Bu zaman qida və digər malların ixracatı kimi saxta sənədlərdən istifadə olunub.
Elnarə
AzNews.az
