Türkiyə hava məkanını Suriya üçün açdı


Türkiyə Rusiya hərbi təyyarələrinin Suriyaya getməsi üçün hava məkanı verib.


AzNews.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, Suriyada başlayan gərginlikdən sonra ilk dəfə olaraq Türkiyə öz hava məkanını bu məqsədlə Rusiyaya verib.

Xəbərdə bildirilib ki, Rusiyadan Suriyaya dekabrın 18-də və 20-də bütün texniki ləvazimatların yer aldığı 10 ədəd İl-76 tipli hərbi təyinatlı təyyarə kimyavi silahların bölgədən çıxarılması məqsədilə göndərilib.

Rusiya Hərbi Hava Qüvvələrinin əməkdaşı rus mediasına bildirib ki, təyyarədə 50 KamAz, 25 Ural markalı xüsusi maşınlar, su tabkları, səhra mətbəxti, çadrlar və digər zəruri avadanlıqlar yer alıb.

Təyyarələr Suriyanın Lazkiyə şəhərindəki hərbi hava limanına enib.

Tural Mustafayev
AzNews.az