Hökumətlə bağlı informasiyalara nəzarət ediləcək- Qərar

"AKP-yə yaxın olan qəzetlərdə hökumət haqqında informasiyalar xüsusi qrup tərəfindən hazırlanıb oxunandan sonra dərc ediləcək".


Türkiyə mətbuatı bildirir ki, yaradılan qrupun başında mədəniyyət naziri Ömər Çəlikin dayandığı bildirilib. Məhz onun hökumət haqqında bütün xəbərlərin yayımına nəzarət edəcəyi qeyd edilib.

Mətbuat həmçinin camaata yaxın olan qəzetlərin məşhur köşə yazarlarının artıq AKP-yə yaxın mətbuat orqanlarına transfer olduğunu da yazıb. Yeni yaradılmış qrupun qarşısında duran əsas məqsədlərdən birinin də bütün hadisələri xarici qüvvələrlə əlaqələndirməkdən ibarət olduğu bildirilib.

Mətbuat Ömər Çəlikin nəzarət edəcəyi mətbuat orqanlarının siyahısını dərc edib:

Akşam
STAR
Sabah
Takvim
Türkiyə
Yeni Şafak
Vakit


AzNews.az