Demuşkin qafqazlıların Manej meydanındakı mitinqini şantaj hesab edir


AzNews.az Lenta RU - ya əsaslanaraq xəbər verir ki, "Ruslar" hərəkatının lideri Dimitri Demuşkin ksenofobiya əleyhinə qafqazlıların Manej meydanında keçirəcəkləri çoxmilyonlu mitinq planlarını şantaj adlandırıb.
Demuşkinin sözlərinə görə ən yaxşı halda aksiyaya onlarla adam gələcək ki, onlar da polis görən kimi qaçacaqlar.
Millətçi onu da qeyd edib ki, Rusiya Miqrantlar Federasiyası 4 noyabrda "Rus marşı" günündə mitinq planlaşdırsalar da, sözlərinə əməl edə bilməyiblər.
Demuşkin belə hesab edir ki, şimaliqafqaz nümayəndəliyi Moskvanın mərkəzində mitinq təşkil edə bilsələr bu yalnız islamofobiyanı gücləndirəcək. "Heç şübhəsiz aksiya moskvalılar, eləcə də hökumət tərəfindən neqativ qarşılanacaq", - deyə o qeyd edib.
Qafqazlıların Manej meydanında mitinqə çıxmaq planları dekabrın əvvəllərində aşkar olub. Tədbir 2014 - cü ilin26 yanvarına planlaşdırılıb. Aksiya təşkilatçılarından biri, Qafqaz xalqlarının Rusiya konqresinin nümayəndəsi Abakar Abakarov bildirib ki, Moskva meriyasına mitinq iştirakçılarının sayı milyondan çox göstərilib.
Aksiya zamanı iştirakçıların müsəlmanların hüquqlarının qorunması, məktəblərdə hucab qadağaları barədə şıxışları planlaşdırılır. Bütün Qafqaz xalqları ilə bərabər Tatarıstan və Orta Asiya nümayəndələri də mitinqdə iştirakları barədə məlumat yayıblar.

Əli
AzNews.az