Polis rəisinin maşınından bomba tapıldı


AzNews.az rus mətbuartına istinadən xəbər verir ki, partlayıcı maddələr üzrə mütəxəssislər Nalçik şəhərindəki polis şöbələrindən birinin rəisinin maşınını altında yerləşdirilmiş əldəqayırma bombanı zərərsizləşdirə biliblər.
"26 dekabrda, yerli vaxtla 19.20 radələrində Kabardinin Nalçik şəhərində polis rəisi DİŞ - dən harasa getmək üçün maşınına əyləşmək istəyəndə əməkdaşlar nədənsə şübhələniblər. Onlar xüsusi avadanlıqla maşına baxış keçirdikdə maşının altına bərkidilmiş əldəqayırma bomba müəyyən ediblər", - deyə xəbəri yayan agentliyin əməkdaşı bildirib.
Elə yerindəcə bomba zərərsizləşdirilib. Heç kim xəsarət almayıb.
Cinayət işi qaldırılıb, istintaq aparılır.

Azər
AzNews.az