Daha bir deputat hakim partiyadan istefa verdi


Türkiydə hakım partiya olan AKP – dən istefalar davam edir.

İzmir millət vəkili Erdal Kalkan istefa verdiyini bəyan etdikdən sonra Ankara millət vəkili Haluk Özdalğa da partiyadan getdiyini açıqlayıb.

Bundan əvvəl isə AKP-dən Kütahya millət vəkili İdris Bal və İstanbul millət vəkili Hakan Şükür istefa vermişdi.

Rüşvət əməliyyatından sonra da partiyanın sıralarından qopmalar başlayıb. İdris Naim Şahin, Erdoğan Bayraktar da istefa verənlər arasındadır.

Elnur
AzNews.az