Jurnalisti döyənlər həbs edildi


Kiyevin Peçerski rayon məhkəməsi iki ay əvvəl jurnalist Tatyana Çornovolu döyməkdə şübhəli bilinən dörd nəfəri həbs edib.

AzNews.az "Ukrainskaya pravda" qəzetinə istinadən xəbər verir ki, məhkəmə iclası şənbə gününə keçən gecə başa çatıb. Jurnalist izləyən avtomobilin sahibi Aleksandr, həmçinin axtarışda olan Sergey Kotenko, onun böyük qardaşı Aleksandr və Andrey Nasikovskiy həbs ediliblər.

Xatırladaq ki, Ukraynanın tanınmış jurnalisti Tatyana Çornovol Borispolyadan Kiyevə avtomobillə gedərkən naməlum adamlar tərəfindən sonadək izlənilib və sonradan vəhşicəsinə döyülüb.

Cinayət məcəlləsinin xuliqanlıq və bədən ağır xəsarət yetirmə maddəsi ilə cinayət işi açılıb. Araşdırma çərçivəsində beş nəfər saxlanılıb. Beşinci hələlik həbsə olunmayıb və şəxsiyyəti açıqlanmır.

Elman
AzNews.az