Türkiyədə aksiyalar səngimir


Türkiyədə rüşvət əməliyyatından sonra bır sıra şəhərlərdə hökumət əleyhinə etiraz aksiyaları səngimir.

Ankarda keçirilən aksiyada 200 nəfərlik qrup "oğru var" şüarları səsləndirib. Aksiyaçılardan bəzisi əlində ayaqqabı qutusu tutaraq hökumətə etirazını bildirib. Polis aksiyaya müdaxilə edib. Aksiyaya bir nəfər Şaxta baba geyimində çıxıb.

Aksiyalar İzmirdə də polis müdaxiləsi ilə qarşılanıb. Bəzi bankların şüşələri qırılıb, aksiyaçılar polisin müdaxiləsinə daşlarla cavab verib.

Antalyada rüşvət qalmaqalına görə müdiri həbs edilən "Halkbank"ın yerli şöbəsinə də yumurta atılıb.
Ölkənin digər şəhərlərində də aksiyalar keçirilir.

Elnarə
AzNews.az