Volqoqradda terrorçu qadının başı tapıldı- FOTO (Yenilənib)


Volqoqradda bu gün terror aksiyası törətdiyi ehtimal edilən qadının başı tapılıb.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə tədqiqat komissiyasından məlumat verilib.

Partlayışda 10 kiloqram trotildən istifadə olunub. İlkin məlumatlarda ölənlərin sayının 18 olduğu bildirilsə də, araşdırma komissiyası ölü sayının hələlik 14 nəfər olduğunu açıqlayıb.

34 nəfərin yaralandığı hadisəni törədən qadının kimliyini kəsik başla müəyyən emək mümkün olacaq.

Elnarə
AzNews.az



***
15:43

Volqoqrad dəmir yolu vağzalında törədilən və 18 nəfərin ölümü ilə nəticələnən terror aktına görə, şəhərdə 3 günlük matəm elan olunub.

AzNews.az xəbər verir ki, şəhər meriyası bu barədə məlumat yayıb.
3 gün ərzində şəhərdə əyləncəli mərasimlər təxirə salınıb.


***
14:46

Volqoqradda dəmir yolu vağzalında bu gün törədilən partlayışda ölənlərin sayı 18 nəfərə çatıb.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, yaralıların sayının onlarla olduğu bildirilir. Ölənlərin arasında vağzalın təhlükəsizlk xidmətinin ən azı 4 əməkdaşı da var.

Elnarə
AzNews.az


***
13:38

Bu gün Rusiyanın Volqoqrad şəhərinin dəmiryol vağzalında partlayış baş verib.

Bu barədə İTAR-TASS regionun hüquq-mühafizə orqanlarındakı mənbə xəbər verib.

Mənbə bildirib: "İlkin məlumatlara görə, on nəfər həlak olub".
Hazırda hadisə yerində polis əməkdaşları çalışır, partlayışın səbəbləri arasdırılır.

Daha sonra məlumatı DİN-in vilayət Baş idarəsinin nümayəndəsi Svetlana Smolyaninova təsdiqləyib. Onun sözlərinə görə, daha altı nəfər xəsarət alıb.(trend)