“Türkiyənin baş naziri öz aktivlərini dərc etməlidir“

Qalmaqalda əli olan Baş nazir və nazirlər öz aktivlərini
açıqlamalıdırlar.

Trend bildirir ki, bu barədə Türkiyənin müxalif Cümhuriyyət xalq partiyasının lideri Kamal Kılıçdaroğlu bəyan edib.

"Türkiyəyə təmiz siyasətçilər lazımdır. Hökumət korrupsionerləri ört-basdır etməməlidir", - Kılıçdaroğlu bildirib.

Müxalifət lideri vətəndaşları hakim partiyaya səs verməməyə çağırıb və əlavə edib ki, Cümhuriyyət xalq partiyası Türkiyədə qayda-qanun yarada bilər.

İstanbulda və Ankarada dekabrın 18-də keçirilən xüsusi əməliyyat nəticəsində, 52 nəfər, o cümlədən iş adamları və bəzi nazirlərin oğulları saxlanılıb.

AzNews.az