Dünən daha 104 Suriya ermənisi əlavə reyslə Ermənistana gəlib Dünən daha 104 Suriya ermənisi əlavə reyslə Ermənistana gəlib

Ermənilər Suriyadan qaçır

Dünən daha 104 Suriya ermənisi əlavə reyslə Ermənistana gəlib


Ermənistanın "Armavia" dövlət şirkəti əlavə reyslə Alleppodan daha 104 ermənini Ermənistana köçürüb. AzNews.az -ın "Novosti – Armenia" saytına istinadən verdiyi xəbərə görə, bu barədə məlumat şirkətin mətbuat xidmətindən daxil olub.

Məlumatda deyilir ki, avqustun 13-də baş tutan reysdə daha 90 Suriya ermənisi bu ölkəyə daşınıb. Uşaqların daşınması üçün ayrılan reyslərin isə, Ermənistan dövləti ilə birgə təşkil olunduğu bildirilir. Xüsusi reyslərlə 400-dən artıq uşağın da Ermənistana köçürülməsi planlaşdırılır.

Qeyd edək ki, AzNews.az saytı olaraq Suriya ermənilərinin köçürülməsini diqqətlə izləyir və bu barədə məlumatları cəmiyyətimizin həssas kəsiminə çatdırırıq. Buna səbəb köçürülən ermənilərin Dağlıq Qarabağa yerləşdirilməsi planıdır.


Sadiq

AzNews.az