Polis əməkdaşlarının yeri dəyişdirildi- ƏMƏLİYYAT

17 dekabrda Türkiyədə keçirilən antikorrupsiya və rüşvət əməliyyatlarından sonra təhlükəsizliyə cavabdeh olan qurumlarda işdən çıxarılmalar geniş vüsət alıb.


AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Diyarbəkirdə son 10 gün ərzində aparılan əməliyyatlarda terror və narkotikə qarşı mübarizə idarəsinin şöbə müdirlərinin köməkçiləri və bəzi polislər vəzifələrindən uzaqlaşdırılıb.

Yanvarın 29-da 9 şöbə müdirinin yerinin dəyişdirilməsinin ardınca, fevralın 3-də bütün köməkçi müdirlər vəzifədən çıxarılıb.

Terrorla Mübarizə Şöbə Müdirliyi və Narkotiklərlə Mübarizə Şöbə Müdirliyinin də aralarında olduğu bütün şöbələrin müdir köməkçilərinin də vəzifəsi dəyişdirilib. Onlar daha aşağı vəzifələrə göndərilib.

Mütəxəssis polis məmurları isə daha çox yerli polis şöbələrinə təyin edilib.

Elman
AzNews.az