- Köhnə - Region
- 9 Fevral 2014 20:41
- 5 741
Saakaşvili: “Maydanın qələbəsi Rusiyanın sonu deməkdir“

Ukrayna mətbuatının verdiyi məlumata görə, bu sözləri Gürcüstanın eks prezidenti Mixail Saakaşvili ABŞ-da Ukrayna provoslav kilsəsinin Kiyev Patriarxı Filaretlə görüşü zamanı deyib.
"Bu doğrudan da həqiqətdir. Tarixçilər nə vaxtsa Rusiya imperiyasının süquta enəcəyi haqda yazacaqlar. Özü də imperiyanın bu "faciəli süqutunu" Maydanın qələbəsilə bağlayacaqlar. Xalqlar gələcəyə inanır və bilir ki, onların gələcəyi bütün xalqların birləşməyindədir", - deyə Mixail Saakaşvili deyib.
Anspress.com