Ebru Gündeş və qardaşının ifadəsi ilə bağlı ŞOK məqamlar

Rza Zərrabdan “prokurora verək” adı ilə 200 min dollar alıblar




Müğənni Ebru Gündeşlə böyük qardaşının ifadəsi ilə bağlı bəzi müəmmalı məqamlar ortaya çıxıb.


"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, böyük qardaşının Gündeşin həyat yoldaşı Zərrabdan "prokurora verək" adı ilə 200 min dollar aldığı ortaya çıxıb. Rza Zərrab rüşvət əməliyyatında həbs olunduqdan sonra Gündeş və böyük qardaşı Çingiz Kumartaşlıoğlu dekabrın 31-i Maliyyə polisinə çağırılaraq iki saat ifadə verib. İfadənin məqsədi korrupsiya istintaqı daxilində reallaşdırıldığı bildirilsə də, müğənninin 13 səhifəlik ifadəsinin fırıldaqçılıq iddiası ilə bağlı olduğu məlum olub.

Belə ki, Zərrabın dollar işləri ilə məşğul olan Cəfər Saranın həbs olunmasından sonra, iş adamı Saranın sərbəst buraxılması üçün hərəkətə keçib. Lakin Zərrabın cəhdləri baş tutmayıb. Saranın sərbəst buraxılması və ya məhkəmə işinin sürətləndirilməsi üçün Gündeşin qardaşı Kumartaşlıoğlu İstanbulda vəzifəli B.A adlı prokurorla əlaqə saxlayıb. Polisin əldə etdiyi telefon danışıqlarına görə, Gündeş və qardaşı prokurora vermək üçün Zərrabdan 200 min dollar istəyib, Zərrab da pulu verməyi qəbul edib.

Gündeş Zərraba katibəsinin hesab nömrəsini verərək pulun oraya köçürməsini, qardaşından isə Zarraba pulun bu əməliyyatlar üçün ödəndiyini söyləməsini istəyib.

Polisə ifadə verən Gündəş iddiaları əvvəl qəbul etməsə də, daha sonra "B.A. adlı prokuror bizdən pul almayıb. Böyük qardaşım pula ehtiyacı olduğunu bildirdi. Mənim də pulum olmadığı üçün həyat yoldaşımdan bu yolla pul almasına göz yumdum. Cəfər Saran adlı şəxsi tanımıram, nə telefonla, nə də üz-üzə görüşmüşəm. Alınan pulun böyük qardaşım tərəfindən harada istifadə olunduğunu bilmirəm" deyə ifadə verib

AzNews.az