Maydanda itkin düşənlərin siyahısı hazırlanır

Ukraynanın paytaxtı Kiyevdə hakimiyyət qüvvələri ilə müxalif qüvvələr arasında baş verən toqquşmalarda çoxlu sayda şəxs itkin düşüb.


AzNews.az-a Kiyevin "Müstəqillik" meydanındakı (Maydan) müxalifətin qərargahından verilən məlumata görə, artıq itkin düşənlərin yaxınlarının köməkliyi vasitəsilə siyahı tutulur.

Bundan başqa onların tapılması üçün meydanda səsgücləndiricilərlə mütəmadi elan verilir. Vətəndaşlardan tez bir zamanda yaxınları ilə əlaqə saxlamaq tövsiyə olunur. Bir neçə saat əvvəl isə "Maydan"da qarşıdurmalarda həlak olanların yad edilməsi mərasimi də keçirilib. Bundan başqa, müxalifətçilərin "Maydan"dakı qərargahı meydanın təmizlənməsi aksiyasına başlayıb.

AzNews.az