Rüşvət qalmaqalı ilə bağlı daha 5 nəfər azadlığa buraxılıb Rüşvət qalmaqalı ilə bağlı daha 5 nəfər azadlığa buraxılıb

Rza Zərrab və nazir övladları azadlığa çıxdı

Rüşvət qalmaqalı ilə bağlı daha 5 nəfər azadlığa buraxılıb




AzNews.az xəbər verir ki, dekabrın 17-də Türkiyənin tanınmış adamlarından bir neçəsi mütəşəkkil dəstə yaradaraq, iqtisadi fırıldaqla məşğul olmaqda və digər cinayət əməllərində ittiham olunaraq həbs olunmuşdu.

Onlar arasında azərbaycanlı iş adamı kimi tanınan, Ebru Gündeşin həyat yoldaşı Rza Zərrab və türkiyəli nazirlərdən bir neçəsinin oğlu var idi.

AzNews.az-ın məlumatına görə, bu gün Türkiyə Prokurorluğu rüşvət qalmaqalı ilə bağlı saxlanılan iş adamı Rza Zərrab, sabiq daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər və sabiq iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayanın həbsdən azad edilməsi haqqında qərar qəbul edib.

Həmçinin rüşvət qalmaqalı ilə bağlı həbs olunan daha 5 nəfər azadlığa buraxılıb.

Xatırladaq ki, bu il fevralın 14-də Türkiyənin "Xalq Bank"ının sabiq baş direktoru Süleyman Aslan və həbs olunan daha 8 iş adamı da azad edilib.

Xəyalə
AzNews.az